Bakıda hotel 9153 manat cərimələnib

Bakıda hotel 9153 manat cərimələnib Maliyyə Bazarlarına Nəzarət Palatası “Sapphire Bayıl” MMC-ni 9153 manat cərimə edib.
Hadisə
153
15 İyul , 2019 13:07
Bakıda hotel 9153 manat cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sapphire Bayıl” MMC-ni 9153 manat cərimə edib.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Sapphire Bayıl” hotel kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi