Bakıda "Honda" ilə "Mercedes" toqquşub

Bakıda "Honda" ilə "Mercedes" toqquşub Qəza nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb
Hadisə
22 Yanvar , 2015 04:28
Bakıda Honda ilə Mercedes toqquşub

Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən gecə Bakının Xətai rayonu ərazisində, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza Murad Məmmədovun idarə etdiyi "Honda" ilə Afiq Rüstəmov sükanı arxasında olduğu "Mercedes"in toqquşması nəticəsində olub.

Qəzada xəsarət alan olmasa da, avtomobillər yararsız vəziyyətə düşüb. Hadisə yerinə polislər əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya "Mercedes"in sürücüsü Afiq Rüstəmovun dönmə əməliyyatını düzgün yetirməməsi səbəb olub.

Qeyd edək ki, qəza zamanı "Honda" yanmaq təhlükəsi ilə üzləşib. Dərhal yanğına qarşı tədbir görülüb. Daha sonra avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

Faktla bağlı Xətai Rayon Dövlət Yol Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi