Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həyətində narkotik yetişdirməkdə və istifadə etməkdə təqsirləndirilən Vadim Breus Vladimiroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə V.Breus 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vadim Breus Vladimiroviçin Binə qəsəbəsində yerləşən mənzilinə baxış keçirilən zaman xüsusi qulluq edilərək yetişdirilən 54 ədəd ümumi çəkisi 5 kiloqram 168 qram olan çətənə bitkisi, 177 qram qurudulmuş və 150 qram qurudulmamış marixuana aşkar olunaraq götürülüb.