Yuxarı
    Bağlamaq

    Bakıda həyat yoldaşının qətlini sifariş verən şəxsin məhkəmə istintaqı yekunlaşıb

    Prokuror çıxış üçün vaxt istəyib

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

    "Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ötən iclasda təqsirləndirilən E.Həsənovun vəkili Ceyhun Yusifovun qaldırdığı vəsatətinə münasibət bildirilib.

    Belə ki, vəkil Kərim Həsənovun məhkəmədə yenidən dindirilməsini istəyib. Vəsatət təmin edilməyib.

    C.Yusifov şahid K.Həsənovun verdiyi ilkin ifadəsini məhkəmədə elan olunmasını istəyib. Lakin onun ifadəsi elan olunmayıb.

    Hakim sənədlərin tədqiqi mərhələsinə başlanıldığını bildirib.

    Daha sonra məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış üçün vaxt istəyib.

    Məhkəmənin növbəti prosesi oktyabrın 5-nə təyin edilib.

    Qeyd edək ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmaq qərarına gəlib. Ərinin ondan boşanmasında israrlı olduğunu görən mərhum həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R.Rzayev bundan sonra qətli planlaşdırıb. Çünki R.Rzayev arvadına boşandıqdan sonra mülkündən pay vermək istəməyib. Bu məqsədlə də ər 48 yaşlı yaşlı arvadının qətlə yetirilməsi üçün Elşad Həsənova 2 min manat verib. Qadın yaşadığı mənzildə qətlə yetirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi