Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 May , 2019 13:37
Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

O, məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Bakının Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü M.Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü C.Balayeva ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi