​Bakıda həyat yoldaşını öldürüb basdıran kişi tutulub

​Bakıda həyat yoldaşını öldürüb basdıran kişi tutulub Araşdırmalar davam etdirilir
Hadisə
17 Avqust , 2016 12:21
​Bakıda həyat yoldaşını öldürüb basdıran kişi tutulub

Bakı. 17 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını öldürərək basdıran şəxsin cinayəti ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rərmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib, cəsədini isə həyətində basdırıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi