Bakıda həyat yoldaşını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda həyat yoldaşını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Hadisə
3 Dekabr , 2016 08:27
Bakıda həyat yoldaşını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, F.Əhmədov həyat yoldaşı Ülviyyə Əhmədovanı öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi