Bakıda həyat yoldaşını öldürən şəxs məhkəməyə müraciət edib

Bakıda həyat yoldaşını öldürən şəxs məhkəməyə müraciət edib İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq
Hadisə
26 Noyabr , 2016 12:18
Bakıda həyat yoldaşını öldürən şəxs məhkəməyə müraciət edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas dekabrın 2-nə təyin edilib.

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, F.Əhmədov həyat yoldaşı Ülviyyə Əhmədovanı öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi