Bakıda həmyerlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda həmyerlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib
Hadisə
15 Dekabr , 2018 15:41
Bakıda həmyerlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda həmyerlisini bıçaqlayan Zakir Bünyatovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Z.Bünyatov bıçaqla həmyerlisi Məlik Əzizovun döş qəfəsinə bir neçə zərbə vurub. Yaralı qan içində 3 saylı şəhər xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən şəxs isə 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilib.

İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Z.Bünyatov həmyerlisini təhqir üstündə vurub. Belə ki, M.Əzizov bir neçə nəfərin yanında onu təhqir edib. Buna dözə bilməyən Z.Bünyatov həmyerlisini cəzalandırmaq qərarına gəlib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb və Z.Bünyatovla bağlı məhkəmə həbs qətimkan tədbiri seçib.

Son xəbərlər

Orphus sistemi