Bakıda həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib
Hadisə
3 Oktyabr , 2016 13:16
Bakıda həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəməsnin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib.

Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

İlkin məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini V.Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib.

Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Hadisə günü M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb.

V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb. Onlarla sağollaşan V. Şirinov könüllü olaraq Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi