Bakıda həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakıda həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib
Hadisə
24 Oktyabr , 2016 14:09
Bakıda həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən T.Comərdov özünü təqsirli bilmədiyini deyib. A.İbrahimov isə özünü qismən təqsirli bilib.

Daha sonra zərərçəkmiş Həsən Yaqubov ifadə verib. O, istintaqa verdiyi ifadənə təsdiq etdiyini vurğulayıb: "Mən Alim İbrahimova 16 min 800 manat dəyərində qızıl vermişəm. Pulumu hələ də ala bilməmişəm. Ona görə də Alimdən şikayətçiyəm. O, mənim pulumu ödəsə, bununla bağlı qəti qərar verəcəm. Xəstə adamam, hər dəfə məhkəməyə gələ bilmirəm. Bu nanəcibə görə məhkəməyə gəlmək istəmirəm".

Zərərçəkmiş Hacı Quliyev də təqsirləndirilən A.İbrahimova qızıl verdiyini qeyd edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin olunub.

Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.

Zərərçəkmiş F.Qasımov "Baku Medical Plaza" klinikasında həkim işləyir.

T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi