Bakıda həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Bakıda həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib
Hadisə
17 Oktyabr , 2016 12:53
Bakıda həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova qarşı dələduzluq etməkdə təqsirləndirilib. Zərərçəkmiş Bakı xəstəxanalarının birində həkim işləyir.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün bu ilin avqust ayında 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi