"Baku Medical Plaza"nın həkiminə qarşı dələduzluq edən şəxslərə hökm oxunub

"Baku Medical Plaza"nın həkiminə qarşı dələduzluq edən şəxslərə hökm oxunub Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
5 Oktyabr , 2017 15:00
Baku Medical Plazanın həkiminə qarşı dələduzluq edən şəxslərə hökm oxunub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1978-ci il təvəllüdlü Alim İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmənin növbəti iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.İbrahimov 9 il və T.Comərdov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror A.Comərdovun 9 il 6 ay və Tərlan Comərdovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.

Zərərçəkmiş F.Qasımov "Baku Medical Plaza" klinikasında həkim işləyir.

T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi