Yuxarı

Bakıda həkim xəstəni döyüb

Zərərçəkən Xətai Rayon Polis İdarəsinə şikayət edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda həkim xəstəni döyüb. Bu barədə "Report"a zərərçəkənin yaxınları məlumat verib.

Hadisə Xətai rayonunda yerləşən 7 saylı poliklinikada qeydə alınıb. Belə ki, 73 yaşlı Tacirə Məmmədova müayinə üçün poliklinikaya gedib. Müayinə zamanı T.Məmmədova Tamilla adlı həkim tərəfindən döyülüb.

Zərərçəkən Xətai Rayon Polis İdarəsinə (RPİ) şikayət edib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi