Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub

Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub.
Hadisə
10 Sentyabr , 2018 12:04
Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi