Bakıda hədə ilə pul tələb edən kişi və qadınların məhkəməsi başlayıb

Bakıda hədə ilə pul tələb edən kişi və qadınların məhkəməsi başlayıb Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Maya Qasımova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
17 Yanvar , 2019 11:12
Bakıda hədə ilə pul tələb edən kişi və qadınların məhkəməsi başlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Maya Qasımova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 25-də Yasamal rayon Polis idarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun əl-ayağını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov “isti izlər”lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.

Daha sonra dəstənin digər üzvləri - M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.

Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini M.Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib. Bundan, təxminən, 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.

M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi