Bakıda həbsdəki ərinə narkotik maddə ötürmək istəyən qadın saxlanılıb

Bakıda həbsdəki ərinə narkotik maddə ötürmək istəyən qadın saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Noyabr , 2014 10:36
Bakıda həbsdəki ərinə narkotik maddə ötürmək istəyən qadın saxlanılıb
Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda 12 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətnin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

PX əməkdaşları tərəfindən müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarrda ziyan vurmaqla dələduzluq etmə) maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Emin Çingiz oğlu Cəfərlinin yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, Bakı şəhəri, 1-ci Alatava, ev 16-da qeydiyyatda olan vətəndaş Tamilla Maqsudovna Ağayevanın və dayısı qızı Zaqatala şəhəri, Təbriz küçəsi, ev 31A-da qeydiyyatda olan vətəndaş Elnarə Eldar qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman, vətəndaş E.İsmayılovanın alt paltarında gizlətdiyi kibrit qutusunun içərisindən xalis çəkisi 2,65 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb .

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi