Bakıda həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs saxlanılıb

Bakıda həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs saxlanılıb Bakıda həbsdə olan tanışına narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.
Hadisə
24 Sentyabr , 2019 12:22
Bakıda həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs saxlanılıb

Bakıda həbsdə olan tanışına narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Pentensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 182.1 və 180.1-ci maddələrinə əsasən, təqsirli bilinərək həbs edilən şəxs Baxşıyev Türbət Bəhruz oğluna tanışı, Gəncə şəhər sakini Yusibov Firdovsi Abdulrəhman oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman bibər turşusunun içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0.2 qram olan narkotik dərman həbləri və kristal formalı maddə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi