Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb

Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb.
Hadisə
27 Mart , 2023 14:02
Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb

Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb.

Bu barədə “Report”a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin, Müalicə müəssisəsinin əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kənd qəbiristanlığında qohumlarının qəbirlərinin yaxınlığında olan ağacın yanında torpağa basdıraraq gizlətdiyi 1 ədəd partlayıcısı ilə birlikdə “RQD-5” əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi