Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının məhkəməsi başlayıb

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib
Hadisə
26 Aprel , 2017 12:17
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının məhkəməsi başlayıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesin qapalı keçirilməsi elan olub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. M.Ueldanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib və məhkəmədə sərbəst ifadə verib. 

İclasda 5 şahid dindirilib. Onlar istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini deyib. Şahid qismində ifadə verən Nicat Həsənov bildirib ki, "Bulivar" hoteldə birgə işlədiyi M.Ueldanov ona və digər iş yoldaşlarına narkotik maddə təşkil etmək istədiyini deyib: "Mən isə buna razı olmadım. Azərbaycanda bunun qadağan olunduğunu söylədim".

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi