Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb Məhkəmə prosesi aprelin 26-da başlayacaq
Hadisə
13 Aprel , 2017 15:29
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un məlumata görə, istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmə prosesi aprelin 26-da başlayacaq.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.”

Son xəbərlər

Orphus sistemi