Bakıda hakimin oğlunu avtomobillə vurub öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Bakıda hakimin oğlunu avtomobillə vurub öldürən şəxs Ali Məhkəməyə müraciət edib İş Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatına verilib
Hadisə
12 Oktyabr , 2017 17:28
Bakıda hakimin oğlunu avtomobillə vurub öldürən şəxs Ali Məhkəməyə müraciət edib
Report

Bakı. 12 oktyabr. REPORT.AZ/ Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən kassasiya protesti verib.

"Report"un məlumatına görə, iş Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatındadır.

Məhkəmənin keçiriləcəyi vaxt yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, hadisə ötən ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev ADA Universitetinin 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Kliniki Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, təqsirləndirilən şəxs isə apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxsin isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, E.Allahverdiyev hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakim, MTN-in Antiterror Mərkəzinin (ATM) sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəməyə sədrlik edir.

Son xəbərlər

Orphus sistemi