FHN: Bakıda mebel sexindəki yanğın söndürülüb

FHN: Bakıda mebel sexindəki yanğın söndürülüb Bakıda güclü yanğın başlayıb.
Hadisə
5 aprel 2022 20:11
FHN: Bakıda mebel sexindəki yanğın söndürülüb

“Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla bağlı məlumat idarəetmə mərkəzinə saat 21:19-da daxil olub”.

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, görülən operativ faəliyyət nəticəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.

Belə ki, yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.

Füzuli Əsədov əlavə edib ki, yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 20 teknikası, 90-dan artıq canlı qüvvəsi cəlb olunub: "Yanğının baş vermə səbəbləri bizim laboratoriyada araşdırılacaq”.

00:01

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, yanğının mürəkkəbliyinə, o cümlədən obyekt daxilində tezalışan malların mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin fərdi şücaəti və peşəkarlıqları sayəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.

Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.

23:35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

23:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

22:58

Bakıda güclü yanğın başlayıb.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, sex kimi fəaliyyət göstərən ərazi yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və azı 10 yanğınsöndürmə avtomobili cəlb olunub.

Ehtiyat məqsədilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

FOTO/VİDEO - Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi