​Bakıda Gürcüstan vətəndaşını bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Bakıda Gürcüstan vətəndaşını bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
29 Aprel , 2016 09:38
​Bakıda Gürcüstan vətəndaşını bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 29 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Babayev barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. T.Babayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən ilin fevral ayının 5-də Maştağa qəsəbəsində Gürcüstan vətəndaşı, 1972-ci il təvəllüdlü Fərhad Abdıyev çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olub. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ələkbər Mustafayev və T.Babayev tutulub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunublar.

Bu il mart ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Babayev 8 il, Ə.Mustafayev isə 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan T.Babayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi