Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb

Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb O bədənin kəsilmiş deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib
Hadisə
13 iyun 2018 02:24
Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Report" xəbər verir ki, 1997-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Tağıyev Xəqani Füzuli oğlu "1-ci Mədən" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.

Mübahisə bıçaqlanma ilə sona çatıb. O, bədənin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib.

Yaralı cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi