Yuxarı

Bakıda silahlı insident olub, ölən və yaralanan var - FOTO

Bakıda silahlı insident olub, ölən və yaralanan var

Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

"Report"un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. 

Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi