Bakıda gül satanı bıçaqlayan şəxsə hökm oxunub

Bakıda gül satanı bıçaqlayan şəxsə hökm oxunub O, 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
11 Noyabr , 2015 13:10
Bakıda gül satanı bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gül satan şəxsi bıçaqlamaqda təqsirləndirilən Rauf Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprel ayının 25-də "Sovetski" adlanan ərazidə baş verib. R.Abbasov gül satmaqla məşğul olan Əjdər Ağadadaşovu münaqişə zəminində bıçaqlayıb. Hadisədən sonra R.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmaqda) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi