Yuxarı
    Bağlamaq

    Bakıda yataqxanada baş vermiş yanğın zamanı 5 nəfər xəsarət alıb - VİDEO - FOTO - YENİLƏNİB

    Xəsarət alanlardan biri polis əməkdaşıdır

    Bakı. 4 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə 39 ünvanında yerləşən yataqxanada elektrik qısaqapanmasından baş vermiş yanğın zamanı 5 nəfər müxtəlif dərəcəlli xəsarət alıb.

    "Report" xəbər verir ki, xəsarət alanlardan biri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşıdır. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər 4 xəsarət alana isə ambulator yardım göstərilib.  

    Qeyd edək ki, hadisə ilə əlaqədar binanın sakinləri təxliyə edilib. Alovun söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Əlavə olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Qeyd edək ki, artıq binanın birinci, ikinci, üçüncü və dördüncü mərtəbələrinin sakinləri mənzillərinə qayıdıblar. Hadisə zamanı binanın 5-ci mərtəbəsindəki 3 mənzil tamamilə yanıb. Yanğın söndürülüb. 


    ***03:23

    Bakıda yanğın hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda, Səttar Bəhlulzadə küçəsində, "Ramin" şadlıq evinin arxasında yerləşən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının yuxarı mərtəbəsində qeydə alınıb. 

    Hadisə ilə əlaqədar sakinlər binadan təxliyə edilib. Alovun söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi