Bakıda güclü yanğın 35 dəqiqəyə söndürülüb, 7 nəfər təxliyə edilib

Bakıda güclü yanğın 35 dəqiqəyə söndürülüb, 7 nəfər təxliyə edilib Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Ris
Hadisə
18 May , 2022 00:25
Bakıda güclü yanğın 35 dəqiqəyə söndürülüb, 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

“Report” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, üçmərtəbəli bina taxta konstruksiyalı olduğu üçün ikinci dərəcəli yanğın çağırışı elan edilib:

“Yanğının söndürülməsinə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika və 92 şəxsi heyəti cəlb edilib, 35 dəqiqə ərzində lokallaşdırılıb. Xilasedicilər tərəfindən yeddi nəfər təxliyə edilib. Yanğının kəşfiyyatı zamanı mənzildə bir nəfər qadın meyiti aşkar edilib. Yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan cəmi 75kv.m sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub”.

Son xəbərlər

Orphus sistemi