Bakıda gözətçi iş yerində intihar edib

Bakıda gözətçi iş yerində intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
30 Yanvar , 2017 15:56
Bakıda gözətçi iş yerində intihar edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakıda 35 yaşlı kişi özünü asıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Burada yeni tikilən evlərdən birində gözətçi işləyən 1982-ci il təvəlllüdlü Anar Quliyev özünü gözətçi otağında asıb.

Onun meyitini ev sahibi aşkarlayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüdürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi