Bakıda gözətçi bağ evindən 49 min manat oğurladı

Bakıda gözətçi bağ evindən 49 min manat oğurladı Bakıda bağ evində oğurluq hadisəsi baş verib.
Hadisə
1 Aprel , 2020 11:55
Bakıda gözətçi bağ evindən 49 min manat oğurladı

Bakıda bağ evində oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birindən 49 000 manat oğurlamaqda şübhəli bilinən, orada gözətçi işləyən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhmanov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi