Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb Bakı. 2 yanvar. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən soyğunçuluq edən şəxs saxlanılıb.
Hadisə
2 Yanvar , 2018 12:09
Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məluamata görə, yanvarın 1-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi