Bakıda gözəllik salonundan oğurluq olub

Bakıda gözəllik salonundan oğurluq olub Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda gözəllik salonundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
21 Sentyabr , 2018 11:07
Bakıda gözəllik salonundan oğurluq olub
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda gözəllik salonundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın işlədiyi F.Yusifov küçəsində yerləşən gözəllik salonunda içərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabısının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Onun paytaxt sakini Ə.Əhmədova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi