Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurlanıb

Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurlanıb Bakı. 19 fevral. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən yanvarın 26-na keçən gecə 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.
Hadisə
19 Fevral , 2019 11:44
Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurlanıb
0 : 00
0 : 00

Bakı. 19 fevral. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən yanvarın 26-na keçən gecə 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi