Bakıda gizli fəaliyyət göstərən “PlayStation” oyun zalı aşkarlandı

Bakıda gizli fəaliyyət göstərən “PlayStation” oyun zalı aşkarlandı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa - playstation” oyun zalı aşkar edilib.
Hadisə
11 Yanvar , 2021 11:56
Bakıda gizli fəaliyyət göstərən “PlayStation” oyun zalı aşkarlandı

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa PlayStation club” oyun zalı aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Alfa PlayStation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi