Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb

Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb Prokuror çıxış üçün vaxt istəyib
Hadisə
28 Avqust , 2017 15:26
Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb
Report

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda zərrəçəkmiş şəxsin müdafiəçisi jurnalistlərin məhkəmə zalına buraxılmamasını istəyib.

Daha sonra məhkəmə jurnalistlərin iştirakı olmadan keçirilib.

S.Məmmədova ötən məhkəmə iclasında zərərçəkmişin hüquqi nümayəndəsi, Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin məhkəmədə ifadə verməsini tələb edib. Bu gün keçirilən prosesdə isə Q.Əliyevin vəkili müvəkkilinin məhkəməyə gəlmədən davam etdirilməsini istəyib.

Məhkəmə də Q.Əliyevin iştirakı olmadan davam etdirilib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror isə çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib. Təqsirləndirilən şəxs onun evində qulluqçu kimi fəaliyyət göstərib.

Hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anasıdır.

Son xəbərlər

Orphus sistemi