Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü Əfəndiyev Vahid Nizami oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əziyi diaqnozu qoyulub.