Bakıda gənc tanışı tərəfindən bıçaqlanıb

Bakıda gənc tanışı tərəfindən bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
7 Oktyabr , 2019 04:42
Bakıda gənc tanışı tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 2001-ci il təvəllüdlü Baxşəliyev İlkin Əşrəf oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ baldır nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb və əməliyyat edilib.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi isti izlərlə yaxalayıb. Araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi