Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb.
"Report" xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.
Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirirlib, vəziyyəti ağırdır.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.