Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb

Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Yanvar , 2017 11:24
Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospekti 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-nın intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən yerə atdığını müəyyənləşdirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi