Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb - YENİLƏNİB

Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb - YENİLƏNİB O, hadisə yerində ölüb
Hadisə
8 Dekabr , 2017 13:26
Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb - YENİLƏNİB

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda özünü yeni tikilinin 10-cu mərtəbəsindən yerə ataraq intihar edən qızın adı məlum olub.

"Report"un xəbərinə görə, intihar etmiş qız Əda Zeynalovadır.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


*** saat 06:43

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi