Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda gənc qız özünü avtomobilin qarşısına ataraq öldürmək istəyib.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, Zığ yolu 22 ünvanının qarşısında Goranboy rayon sakini 1998-ci il təvəllüdlü L.İ. intihar etmək məqsədilə özünü hərəkətdə olan avtomobillərin qarşısına atmaq istəyib. Lakin ətrafda olan şəxslərin koməyi ilə onun hərəkətinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.