Bakıda gənc qız gözündən bıçaqlanıb

Bakıda gənc qız gözündən bıçaqlanıb Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
22 Dekabr , 2017 03:19
Bakıda gənc qız gözündən bıçaqlanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda gənc qız bıçaq xəsarətləri alıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Üçüncü mikrorayon bazarının yaxınlığında yerləşən kafelərdən birində 1989-cu il təvəllüdlü Məhərrəmova Ramiyyə Nazim qızı döyülüb. O, həmçinin gözünün ətraflarından bıçaq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi