Bakıda gənc oğlanın ayağı sındırılıb

Bakıda gənc oğlanın ayağı sındırılıb Hadisə onunla tanışı arasında dava zamanı baş verib
Hadisə
3 Sentyabr , 2017 23:01
Bakıda gənc oğlanın ayağı sındırılıb
Foto: Report.az

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Ramana qəsəbəsinin Bünyadov küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bədəlov Hakim Hikmət oğlu tanışı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı tanışı onun sol ayağının baldır sümüyünü sındırıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi