Bakıda gənc oğlanı elektrik cərəyanı vurub

Bakıda gənc oğlanı elektrik cərəyanı vurub Hadisənin dəqiq təfərrüatları araşdırılır
Hadisə
26 avqust 2017 01:45
Bakıda gənc oğlanı elektrik cərəyanı vurub

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda gənc oğlanı elektrik cərəyanı vurub.

"Report" xəbər verir ki, bədbəxt hadisə Səbail rayonunda baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Elvin İsmayılov R.Rüstəmov küçəsində yaşadığı evdə iş görərkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Nəticədə onu cərəyan vurub. 

E.İsmayılov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi