Bakıda gənc oğlanı sərnişin avtobusu vurub

Bakıda gənc oğlanı sərnişin avtobusu vurub Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib
Hadisə
23 Sentyabr , 2017 08:59
Bakıda gənc oğlanı sərnişin avtobusu vurub
Report

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda sərnişin avtobusu gənc oğlanı vuraraq ona ağır xəsarət yetirib.

"Report"un xəbərinə görə, Füzuli küçəsində yolu keçən 1991-ci il təvəllüdlü Piriyev Elxan Eynulla oğlunu 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi