Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb - FOTO - VİDEO

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb - FOTO - VİDEO Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
140
22 Aprel , 2017 07:19
Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb - FOTO - VİDEO
Foto: "Report"

Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Qədirli Ayxan İsrafil oğlu Məhəmməd Hadi küçəsində yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub. Nəticədə A.Qədirli ağır kəllə-beyin travması alıb. Hadisəni törətmiş sürücü A.Qədirlini xəstəxanaya çatdırarkən xəsarət almış şəxs yolda dünyasını dəyişib.

A.Qədirlinin meyiti Məhkəmə Tibbi Ekspertiziası və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə təhvil verilib.

Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi