Bakıda gənc oğlan yüksək dozada narkotik maddə qəbul edərək ölüb

Bakıda gənc oğlan yüksək dozada narkotik maddə qəbul edərək ölüb Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib
Hadisə
21 Aprel , 2017 08:01
Bakıda gənc oğlan yüksək dozada narkotik maddə qəbul edərək ölüb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda narkotik maddədən ölüm hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Quliyev Fərid Fərman oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi