Bakıda gənc oğlan yol qəzasında xəsarət aldı

Bakıda gənc oğlan yol qəzasında xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 İyun , 2021 01:18
Bakıda gənc oğlan yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, sürücü, 1998-ci il təvəllüdlü Quliyev Haqverdi Xudaverdi oğlunun idarə etdiyi motosiklet minik avtomobilinə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi