Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb Hadisə gecə saatlarında baş verib
Hadisə
8 İyul , 2017 05:15
Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb
Courtesy İmage

Bakı. 8 iyul. REPORT.AZ/ Gecə saat 4 radələrində Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Əhmədov Qərib Baloğlan oğlu Pirşağı qəsəbəsindəki küçələrdən birində bıçaqlanıb.

O, əvvəlcə tanışı tərəfindən bayıra çağırılıb. Daha sonra tərəflər arasında mübahisə düşüb və sözügedən gənc oğlan ürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi